Arvadının sosial şəbəkə səhifəsində narkotiki təbliğ edən bloqer həbs olundu

Arvadının sosial şəbəkə səhifəsində narkotiki təbliğ edən bloqer həbs olundu






presstv

"Presstv"az #İnzibati Xətalar Məcəlləsi, #TikTok

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“TikTok” sosial şəbəkəsində həyat yoldaşına məxsus səhifədə narkotik vasitəni təbliğ edən video yayan bloqer həbs edilib.

presstvaz “Qaynarinfo”ya istinadla xəbər verir ki, 1994-cü il təvəllüdlü, fərdi əmək fəaliyyəti ilə məşğul olan Hüseynov Elşad Etibar oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə protokol tərtib olunub.

Məlum olub ki, Elşad Hüseynov 12 oktyabr 2025-ci il tarixdə həyat yoldaşı ilə birgə narkotik vasitənin təbliğ olunduğu qlobal trend videosunu çəkib və xanımının “TikTok” səhifəsində paylaşıb.

Elşad Hüseynov məhkəmədə videonu çəkərkən onun narkotik vasitələrdən istifadənin təbliği məqsədi daşımasından xəbərsiz olduğunu, sadəcə qlobal trend videosu olduğunu düşündüyünü, bloqer olduqları üçün trendə qatılmaq məqsədi ilə çəkib paylaşdığını deyib. O, əməlindən səmimi peşmanlıq hissi keçirdiyini bildirib.

Məhkəmənin hökmü ilə Elşad Hüseynov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 20 gün həbs edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv