Şagirdlərin şəxsi məlumatları sosial şəbəkədə paylaşıldı – Məsul şəxslər CƏZALANDIRILDILAR

Şagirdlərin şəxsi məlumatları sosial şəbəkədə paylaşıldı – Məsul şəxslər CƏZALANDIRILDILAR






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Azərbaycan, #Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, #Psixoloq, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mingəçevir şəhər Rüstəm Qəhrəmanov adına 14 nömrəli məktəbin sosial şəbəkə hesabında şagirdlərlə bağlı məlumatların toplandığı sənədin paylaşılması narazılıq yaradıb.

presstvaz xəbər verir ki, bu məsələ müzakirə mövzusu olub.

Qeyd olunub ki, uşaqların kimliyinin açıq formada paylaşılması onların məxfiliyinə, psixoloji təhlükəsizliyinə və hüquqlarına zərbə vurur.

Şagirdlərin şəxsi məlumatları sosial şəbəkədə paylaşıldı - Məsul şəxslər CƏZALANDIRILDILAR

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Mərkəzi Aran regional Təhsil İdarəsindən bildirilib ki, şagirdlərlə bağlı məlumatların toplandığı sənədin sosial şəbəkədə paylaşılması ilə bağlı araşdırma aparılıb.

“Araşdırma zamanı məlum olub ki, təhsil müəssisəsinin psixoloqu şagirdlərin məlumat blankının yaradılması məqsədilə keçirilmiş onlayn sorğunu səhvən müəssisəsinin sosial şəbəkə hesabında da paylaşılıb.

Bildiririk ki, şəxsi məlumatların təhlükəsizliyinin təmin olunması, məlumat yayımında şəxsi toxunulmazlıq prinsiplərinə, etik və pedaqoji dəyərlərə əməl olunması bizim üçün prioritet istiqamətlərdəndir.

Qeyd edək ki, məsələ ilə bağlı məsul şəxslər barəsində intizam tənbehi tədbiri görülüb. Bununla yanaşı, müəssisə rəhbəri və kollektivlə söhbət aparılıb, fərdi məlumatların qorunub saxlanılmasının vacibliyi bir daha diqqətə çatdırılıb.

Bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə bütün təhsil müəssisələrinə müvafiq tapşırıqlar verilib”, – deyə məlumatda bildirilib.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv