Mikro və kiçik sahibkarların məhsullarının ticarət şəbəkələrinə çıxışına dəstək göstərilir

Mikro və kiçik sahibkarların məhsullarının ticarət şəbəkələrinə çıxışına dəstək göstərilir






presstv

"Presstv"az #Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), #Qida məhsulları

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Daha yeddi mikro və kiçik sahibkarlıq subyektinin iri ticarət şəbəkələrinə çıxışına dəstək göstərilib.

presstvaz xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, KOB subyektlərinin peçenye, konserv məhsulları, meyvə qurusu, cem, qurudulmuş ət, toyuq məhsulları, soyuq sıxım əzmələr, günəbaxan yağları və s. məhsullarının “Bolmart” və “Megastore” ticarət şəbəkələrində satışına başlanılıb. İstehlakçılar müvafiq ticarət şəbəkələrindəki xüsusi stenddən KOB subyektlərinin məhsullarını ala bilərlər.

Bununla da dövlət dəstəyi hesabına, güzəştli şərtlərlə ticarət şəbəkələrində məhsullarının satışına dəstək göstərilmiş KOB subyektlərinin sayı 2025-ci ilin ötən dövründə 44 olmaqla, ümumilikdə 136-ya çatıb.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro və kiçik sahibkarların istehsal etdikləri məhsulların dövlət dəstəyi hesabına tanıdılmasına və satışına dəstək üçün iri ticarət şəbəkələrində ayrıca stendlər götürərək, bu məhsulların satışını təşkil edir. Bu dəstək həmçinin, KOB-lar tərəfindən yaradılan yeni brendləri və yerli məhsulları təşviq edir.

Ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən mikro və kiçik sahibkarlıq subyektləri istifadə edə bilərlər. Bunun üçün qida məhsulları istehsal edən mikro və kiçik sahibkarlar elektron qaydada Agentliyə müraciət edə bilərlər. Hazırda ticarət şəbəkələrində mikro və kiçik sahibkarlıq subyektlərinin məhsullarının satışını həyata keçirmək üçün 8 satış nöqtəsi fəaliyyət göstərir. Qaydalar, satış yerləri və müraciət formasını doldurmaq üçün KOB-lar keçid linkinə daxil olmaqla ətraflı məlumat əldə edə bilərlər: https://smb.gov.az/az/nav/ticaret-sebekelerine-cixis-1


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv