Doqquz ayda Qarabağda bərpa-quruculuq işlərinə 2.5 milyard manat xərclənib

Doqquz ayda Qarabağda bərpa-quruculuq işlərinə 2.5 milyard manat xərclənib






presstv

"Presstv"az #Audi, #Avto, #Maliyyə Nazirliyi, #Nəqliyyat, #Şuşa, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu ilin yanvar-sentyabr aylarında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 2 milyard 567.5 milyon manat vəsait xərclənib.

presstvaz xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin 2025-ci ilin 9 ayı üzrə dövlət büdcəsinin icrasına dair hesabatında əks olunub.

Məlumata görə, vəsaitin əsas hissəsi – 2 milyard 234.8 milyon manat – infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilib: Avtomobil yollarının layihələndirilməsi və tikintisinə 1 milyard 525.1 milyon, yeni yaşayış komplekslərinin tikintisinə 461.1 milyon, təhsil, səhiyyə, mədəniyyət və idman yönümlü sosial layihələrə 291.7 milyon, ərazilərin minalardan təmizlənməsinə 41 milyon manat sərf olunub.

Digər infrastruktur istiqamətləri üzrə də maliyyələşmə davam etdirilib: dəmiryolu xətlərinin tikintisinə 107.3 milyon, elektrik təchizatı işlərinə 48 milyon, su xətləri, kollektorlar və digər qurğulara 44.3 milyon, sənaye parkları və infrastrukturun yaradılmasına 27.7 milyon, geoloji kəşfiyyat işlərinə 7.1 milyon, Şuşa, Xankəndi və Laçında kanat yolunun tikintisinə 6.6 milyon, digər zəruri işlərə 7.6 milyon manat xərclənib.

Bundan əlavə, dövlət büdcəsinin digər xərc maddələri çərçivəsində nəqliyyat sektoruna 328.7 milyon manat, məskunlaşma və şəhərsalma-arxitektura işlərinə isə 4.7 milyon manat ayrılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv