Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə Venesuela hakimiyyətinə qarşı aqressiv fəaliyyət həyata keçirməyə icazə verib

Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə Venesuela hakimiyyətinə qarşı aqressiv fəaliyyət həyata keçirməyə icazə verib






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Hakim, #Nikolas Maduro, #Vaşinqton, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) narkotik alveri ilə mübarizə çərçivəsində Venesuela hökumətinə qarşı aqressiv fəaliyyət həyata keçirməyə səlahiyyət verib, lakin birbaşa olaraq Prezident Nikolas Maduronu devirmək cəhdləri həyata keçirməyi tapşırmayıb.

presstvaz-ın məlumatına görə, belə bir iddia ilə “The Washington Post” (WP) qəzeti çıxış edib.

Qeyd olunur ki, o, birbaşa MKİ-yə Maduronu devirmək əmri verməyib, lakin bu nəticəyə gətirib çıxara biləcək addımları təsdiqləyib. Qəzet, həmçinin öz mənbələrinə istinadən bildirib ki, idarə artıq əməliyyat məlumatları toplamaq üçün regiona əlavə əməkdaşlarını göndərib.

Daha əvvəl amerikalı rəsmilərə istinadən bildirilmişdi ki, Vaşinqton administrasiyası MKİ-yə Venesuelada gizli əməliyyatlar keçirməyə icazə verib. Bu icazə Maduronu hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə Venesuelaya təzyiq kampaniyasında növbəti addım olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv