“Politico”: Makron Avropa İttifaqında nüfuzunu itirib

“Politico”: Makron Avropa İttifaqında nüfuzunu itirib






presstv

"Presstv"az #Audi, #Avropa, #Avropa Komissiyası, #Emmanuel Makron, #Fransa, #Hadisə, #Hakim, #Paris, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqında (Aİ) ideyaların əsas generatoru nüfuzunu tamamilə itirib”.

presstvaz xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadla “Politico” yazıb.

Yazıda bildirilib ki, daxili problemlər fransız liderin ambisiyalarını kütləşdirib və Aİ-yə təsirini zəiflədib.

Nəşrin məlumatına görə, Avropa siyasətçiləri bir zamanlar Aİ-də “ideyaların əsas generatoru” hesab edilən Makronu indi “zəhlətökən adam” kimi qəbul edirlər. Fransa prezidenti ölkə daxilində öz nüfuzunu bərpa etməyə çalışarkən, Aİ-nin fransızların narazılığını yarada biləcək təşəbbüslərini getdikcə daha tez-tez rədd edir. Bundan əlavə, o, şəxsən iştirak etmədiyi Aİ layihələrini çox vaxt tənqid edir.

Onun barəsində – “Makron tamamilə daxili problemlərin içində batıb qalıb. O, daha bir vaxtlar tanıdığımız “Avropa çempionu” deyil”, – deyirlər.

Makron özünün bütün siyasi karyerası boyunca Aİ-nin fəaliyyətində yaxından iştirak edib. 2017-ci ildə Sorbonnada çıxışı onun üçün dönüş nöqtəsi olub. O zaman Fransanın yeni seçilmiş lideri çox böyük coşqunluqla qitənin xarici tərəfdaşlardan iqtisadi və hərbi-texniki asılılığını azaltmağa çağırıb, “güclü Avropa” ideyasını müdafiə edib. Ozamankı təşəbbüsləri ona Aİ-nin əsas “düşünən beyni” statusunu qazandırıb. Lakin son vaxtlarda onun ambisiyaları nəzərəçarpacaq dərəcədə sönükləşib.

Fransa son aylar ərzində bir sıra ciddi daxili siyasi sarsıntı yaşayıb. Ölkədəki vəziyyət o dərəcədə gərginləşib ki, iki il ərzində respublikada beş baş nazir dəyişib, daxili siyasi böhran 2025-ci ilin sentyabrında baş nazir Fransua Bayrunun istefasından sonra pik həddə çatıb. Makron vəziyyəti xilas etməyə çalışaraq, müdafiə naziri Sebastyen Lekornyunu bu vəzifəyə təyin edib. Bir çox ekspertlər onu Fransa Prezidentinin “son müttəfiqi” adlandırırdılar. Uğursuz hökuməti formalaşdırmaq cəhdindən cəmi 27 gün sonra Lekornyu da istefa verib və bununla Beşinci Respublika tarixində baş nazir postunda ən qısa müddətə qalan şəxs rekordunu müəyyən edib. Lakin Makronun şəxsi xahişi ilə tezliklə öz vəzifələrinin icrasına qayıdıb. Fransa hakimiyyəti daxili böhranı böyük çətinliklə müvəqqəti həll edə bilib, lakin bu hadisələr Parisin Brüsseldəki nüfuzuna ciddi zərbə vurub, habelə birlikdəki mövqelərini laxladıb. Nəticədə Aİ-də liderlik Avropa Komissiyasının rəhbəri Ursula von der Lyayenin əlinə keçib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv