Rəvan Həsənov: “Müasir dövrdə təhsil sistemində yeni metodoloji yanaşmaların tətbiqi zərurətə çevrilib”

Rəvan Həsənov: “Müasir dövrdə təhsil sistemində yeni metodoloji yanaşmaların tətbiqi zərurətə çevrilib”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Təhsil, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycanın 2015-ci ildə hazırladığı Multikulturalizm fənni hazırda 27 xarici ali təhsil müəssisəsində tədris edilir”.

presstvaz xəbər verir ki, bunu Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov Bakıda keçirilən “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” beynəlxalq simpoziumda deyib.

O bildirib ki, bunun başlıca səbəbi ölkənin yaratdığı multikulturalizm modelinin dünyada maraqla qarşılanmasıdır:

“Müasir dövrdə təhsil sistemində yeni metodoloji yanaşmaların tətbiqi zərurətə çevrilib. Qlobal vətəndaşlığın kimliyi, niyyətə əsaslanan kimlik problemi, multikultural tədris metodikasının işlənməsi, etik dəyərlərin təlimi kimi mövzular artıq təhsil proqramlarının ayrılmaz hissəsi olmalıdır. Xüsusilə Qərb universitetlərində bunu açıq şəkildə müşahidə edirik. Məsələn, “Religious and Global Ethics”, “Religious and Law” kimi fənlər bir neçə ixtisasın sintezi kimi formalaşaraq yeni akademik istiqamətlərin yaranmasına səbəb olub. Bu isə müasir dünyanın labüd tələbinə çevrilib”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv