Nazirdən gənclərə çağırış: “İxtisas seçimi həm də gələcəyin tələblərinə uyğun aparılmalıdır”

Nazirdən gənclərə çağırış: “İxtisas seçimi həm də gələcəyin tələblərinə uyğun aparılmalıdır”






presstv

"Presstv"az #Anar Əliyev, #Audi, #Azərbaycan, #Bakı, #Dünya İqtisadi Forumu, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hazırda Azərbaycan gəncləri üçün əsas çağırış ixtisas seçimini yalnız bu günün deyil, həm də gələcəyin əmək bazarının tələblərinə uyğun şəkildə aparmaqdır”

presstvaz xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda keçirilən “PeşəFest-2025” tədbirində bildirib.

O qeyd edib ki, bunun üçün peşəyönümlü təhsilin gücləndirilməsi, praktik təlimlərin genişləndirilməsi və gənclərin texnoloji yeniliklərə açıq olması mühüm əhəmiyyət kəsb edir:

“Aparılan təhlillər göstərir ki, müasir dövrdə işəgötürənlər texniki biliklərlə yanaşı, yumşaq bacarıqlara – ünsiyyət, komanda işi, məsuliyyətlilik kimi keyfiyyətlərə də yüksək dəyər verirlər”.

Nazir həmçinin deyib: “Dünya İqtisadi Forumunun proqnozlarına əsasən, 2027-ci ilədək işçi qüvvəsinin 44 faizinin əsas bacarıqlarında dəyişiklik baş verəcək ki, bu sırada yumşaq və texnoloji bacarıqlar ön sırada dayanır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv