Məleykə Abbaszadə: “Gənclər peşə seçərkən nüfuz anlayışına yenidən baxmalıdırlar”

Məleykə Abbaszadə: “Gənclər peşə seçərkən nüfuz anlayışına yenidən baxmalıdırlar”






presstv

"Presstv"az #Audi, #Həkim, #Məleykə Abbaszadə, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bu gün prestij artıq zahiri görünüş və ya dəbdə olmaqla deyil, faydalı olmaq, problemləri həll etmək və işini peşəkarcasına yerinə yetirməklə ölçülür. Əgər əvvəllər prestij vizual təəssüratla əlaqələndirilirdisə, indi insanın cəmiyyətə verdiyi real dəyər əsas göstərici hesab olunur”.

presstvaz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi “PeşəFest” festivalının yekun tədbirində deyib.

DİM sədri qeyd edib ki, gənclər peşə seçərkən nüfuz anlayışına yenidən baxmalıdırlar.

O, həmçinin süni intellektin və dördüncü sənaye inqilabının əmək bazarına təsirinə diqqət çəkib:

“Artıq bəzi peşələr yoxa çıxır, yeniləri yaranır, peşələr arasında sərhədlər itir. Rəqəmsal bacarıqlara malik olmayan həkim və ya müasir modelləşdirmə proqramlarını tanımayan inşaatçı gələcəkdə rəqabətə davam gətirə bilməyəcək”.

Məleykə Abbaszadə gəncləri davamlı öyrənməyə və dəyişikliklərə çevik uyğunlaşmağa çağırıb:

“Tənqidi düşüncə, düzgün suallar vermək, çeviklik, özünü inkişaf etdirmək və öyrənmə bacarığı – bunlar gələcəyin əsas bacarıqlarıdır. Doğru qərarlar dəb və stereotiplərə deyil, real ehtiyac və imkanlara əsaslanmalıdır”.

Sonda DİM sədri bildirib ki, qurum gənclərin peşə yönümünü müəyyənləşdirmək məqsədilə xüsusi testlər hazırlayıb:

“Bu testlər vasitəsilə gənclərə düzgün istiqamət seçməkdə kömək edirik. Hər ayın sonunda keçirilən açıq qapı günlərində gənclər bu testlərdə iştirak edə bilərlər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv