İki hakim vəkil oldu

İki hakim vəkil oldu






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Hakim, #Vəkillər Kollegiyası, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin iki hakimi Vəkillər Kollegiyasına üzv qəbul olub.

presstvaz Teleqraf.az-a istinadla xəbər verir ki, söhbət Azad Məcidov və Mahmud Ağalarovdan gedir.

Onların hər ikisi Vəkillər Kollegiyasının Rəyasət heyətinin bugünkü iclasında vəkil andı içiblər və kollegiyaya üzv olublar.

Qeyd edək ki, Azad Məcidov hüquq-mühafizə orqanlarının birində 30 ilə yaxın müstəntiq işləyib. Polkovnik rütbəsi daşıyan Məcidov o vaxt silsilə qətllər və adam oğurluğunda təqsirli bilinmiş Hacı Məmmədov cinayətini araşdıran istintaq qrupunun üzvü olub.

Azad Məcidov 2007-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib. Bu illər ərzində o, ölkə gündəmində olan bir çox işlərin hökmünü çıxarıb. Buraya müğənni Fədayə Laçının, tarixçi-alim Səbuhi Hüseynovun, “Bravo” hipermarketə basqında təqsirləndirilən şəxslərin, erməni diversantların bir qrupunun işləri də daxildir. Onun icraatında olan son səs-küylü iş talassemiyalı uşaqların pulunun ələ keçirilməsi ilə bağlı olub.

Ümumilikdə 40 il hüquq-mühafizə və məhkəmə sistemində çalışan A.Məcidov bu ilin əvvəlində yaş həddi ilə bağlı hakim vəzifəsindən təqaüdə çıxıb.

Digər vəkil Mahmud Ağalarov da uzun müddət prokurorluq orqanlarında çalışıb. Onun sonuncu iş yeri Bakı Ağır Cinayətlər Məhkəməsi olub. Ötən il yaş həddi ilə bağlı təqaüdə çıxıb.

Mahmud Ağalarov hakimlik dövründə bir çox səs-küylü işlərə hökm oxuyub.

İki hakim vəkil oldu


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv