Qripdən tez sağalmaq üçün bunları edin

Qripdən tez sağalmaq üçün bunları edin






presstv

"Presstv"az #Həkim, #Qrip

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Havaların dəyişməsi ilə birlikdə qrip virusuna yoluxma halları artmağa başlayıb. Həkimlər bildirirlər ki, düzgün yanaşma və sadə qaydalara əməl etməklə qripdən daha tez qurtulmaq mümkündür.

presstvaz xəbər verir ki, həkim-terapevtlərin sözlərinə görə,qrip zamanı ilk növbədə yataq rejiminə riayət etmək, bədənin dincəlməsinə şərait yaratmaq vacibdir. Orqanizm virusla mübarizə apararkən daha çox enerji sərf edir və buna görə də fiziki və zehni yüklənmələrdən uzaq durmaq tövsiyə olunur. Mütəxəssislər qripin ilk əlamətləri görünən kimi bol maye qəbul etməyi xüsusilə ilıq su, bitki çayları və bulyonların istifadəsini, C vitamini ilə zəngin qidalar portağal, limon, kivi, çiyələk kimi meyvələri, istirahət etməyi və kifayət qədər yatmağı, duzlu su ilə qarqara etməyi və buxar vannası almağı və nəhayət, əlləri tez-tez yumağı və maska taxmağı məsləhət görürlər. Bunlar həm sağalma prosesini sürətləndirir, həm də virusun yayılmasının qarşısını alır.

Eyni zamanda, özbaşına antibiotik istifadəsindən qaçmaq, yalnız həkim tövsiyəsi ilə dərman qəbul etmək tövsiyə olunur. Əgər simptomlar 4-5 gündən çox davam edərsə və ya yüksək hərarət enməzsə, mütləq həkimə müraciət edilməlidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv