Narışkin: “Avropa NATO müttəfiqləri Rusiya ilə müharibəyə hazırlaşır”

Narışkin: “Avropa NATO müttəfiqləri Rusiya ilə müharibəyə hazırlaşır”






presstv

"Presstv"az #Audi, #Avropa, #Hakim, #Müharibə, #Paris, #Rusiya, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Moskva Avropa NATO müttəfiqlərinin Rusiya ilə müharibəyə hazırlaşdıqlarını görür”.

presstvaz-ın Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) saytına istinadən xəbərinə görə, bu sözləri XKX-nin direktoru Sergey Narışkin MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin Konfransının iclasında deyib.

Narışkin bildirib ki, Avropanın NATO tərəfdaşları Rusiyaya qarşı hərbi əməliyyata hazırlaşırlar. Onların qarşısında mümkün qədər tez zamanda alyansın çevik reaksiya qüvvələrini bütün lazımi silah və resurslarla təmin etmək tapşırığı dayanır.

O, həmçinin qeyd edib ki, Avropa hərbi-sənaye kompleksi istehsalın dəfələrlə artırılması rejiminə keçir. Mütəmadi olaraq səfərbərlik ssenariləri həyata keçirilir, əhali isə sistematik olaraq Moskva tərəfindən ehtimal edilən qaçılmaz hücum ilə bağlı təbliğata məruz qalır.

Sergey Narışkinin sözlərinə görə, Rusiyaya, eyni zamanda, əsas problemin həll edilməmiş qaldığı da məlumdur – lazımi fiziki hazırlığa və psixoloji dayanıqlığa malik kifayət qədər sayda səfərbərlik ehtiyatını haradan tapmaq olar.

“Avropa elitasının daha bir başağrısı da ictimaiyyət, xüsusən də gənclər arasında geniş yayılmış sosial apatiya və hakim elitadan narazılıqdır. Brüssel, Paris və Berlin də əmin deyillər ki, Vaşinqton, Rusiya ilə müharibə başlayarsa, Vaşinqton müqaviləsinin 5-ci maddəsi üzrə öz öhdəliklərini yerinə yetirəcək. Bunsuz isə, Avropa Xarici Fəaliyyət Xidmətinin də qəbul etdiyi kimi, ölkəmiz üzərində strateji üstünlük əldə etmək üçün hesablamalar, sitat gətirirəm, illüziyadır”, – deyə o bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv