“Birlik – 2025” birgə regional təlimində iştirak edən hərbçilərin peşəkarlığı yüksək qiymətləndirilib

“Birlik – 2025” birgə regional təlimində iştirak edən hərbçilərin peşəkarlığı yüksək qiymətləndirilib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Özbəkistan, #Qazax, #Qazaxıstan, #Qırğızıstan, #Tacikistan, #Təbrik, #YouTube, #Zakir Həsənov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirakı ilə Səmərqənd vilayətində təşkil olunan “Birlik – 2025” birgə regional təliminin oktyabrın 21-də “Yüksəksəviyyəli Müşahidəçi Günü” keçirilib.

Tədbirdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Özbəkistan müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedov, eləcə də iştirakçı ölkələrdən olan yüksəksəviyyəli qonaqlar iştirak ediblər.

Bu barədə presstvaz-a Müdafiə Nazirliyindən bildirilib.

Regional təlimin tapşırıqları və mərhələləri barədə qonaqlara məlumat verildikdən sonra təlim poliqonunda müxtəlif epizodlar praktiki yerinə yetirilib.

Yüksəksəviyyəli qonaqlar birgə komanda məntəqəsinin iş prosesi ilə tanış olublar.

Daha sonra Özbəkistan Respublikası Müdafiə Nazirliyi nəzdində Müdafiə Sənayesi agentliklərinin istehsalı olan silah və hərbi texnika nümunələrindən ibarət sərgiyə baxış keçirilib.

Azərbaycan və Özbəkistan müdafiə nazirləri, eləcə də digər yüksəksəviyyəli qonaqlar “Birlik – 2025” birgə regional təliminin bağlanış mərasimində iştirak ediblər.

General-polkovnik Z.Həsənov tədbirdə çıxış edərək təlimin yüksək səviyyədə təşkilinə görə özbəkistanlı həmkarına təşəkkürünü bildirib, iştirakçıları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

“Birlik – 2025” birgə regional təliminin gedişatı və iştirakçı ölkələrin hərbi qulluqçularının peşəkarlığı yüksək qiymətləndirilib.

Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv