Anar Nərimanov: “Peyk təsvirləri iqtisadiyyata həm birbaşa, həm də dolayı təsir göstərir”

Anar Nərimanov: “Peyk təsvirləri iqtisadiyyata həm birbaşa, həm də dolayı təsir göstərir”






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Azərbaycan, #İqtisadiyyat Nazirliyi, #Kosmos

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması ölkə iqtisadiyyatına birbaşa – yəni ümumi daxili məhsula (ÜDM) 1-1,5 faiz müsbət təsir göstərir”.

presstvaz xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Rəqəmsal İdarəetmə şöbəsinin müdiri Anar Nərimanov “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, peyk təsvirləri iqtisadiyyata həm birbaşa, həm də dolayı təsir göstərir:

“Bu təsiri bir çox aspektlərdən qiymətləndirmək mümkündür. Məsələn, Milli Məkan Məlumatları İnfrastrukturu layihəsini qeyd edə bilərəm. Araşdırmalar göstərir ki, bu infrastrukturun qurulması Azərbaycanın iqtisadiyyatına birbaşa olaraq ÜDM-in 1-1,5 faizi həcmində müsbət təsir edir. Bununla yanaşı, peyk təsvirləri sənaye, logistika, kənd təsərrüfatı və digər sahələrin inkişafına da dolayısı ilə mühüm töhfə verir. Peyk təsvirlərinin əsas istehsalçıları olan agentliklər bu görüntüləri müxtəlif məqsədlərlə əldə edirlər – məsələn, istehsal proseslərinin təhlili və resursların idarə olunması üçün”.

Anar Nərimanov əlavə edib ki, Milli Məkan Məlumatları İnfrastrukturu çoxsaylı komponentləri – normativ-hüquqi bazanı, texnoloji və intellektual alətləri, standartları, bilik transferini və ölkənin rəqəmsal ekosistemini əhatə edən kompleks layihədir:

“Bir çox ölkələrin təcrübəsini araşdırarkən məkan məlumatları ilə bağlı 1500-dən çox məlumat layına rast gəlirik və onların ilkin mənbəsini məhz peyk təsvirləri təşkil edir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv