Astanada Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının III iclası keçirilib: Yeni tərəfdaşlıq imkanları

Astanada Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının III iclası keçirilib: Yeni tərəfdaşlıq imkanları






presstv

"Presstv"az #Astana, #Audi, #Azərbaycan, #İqtisadiyyat Nazirliyi, #Qazax, #Qazaxıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Astanada Qazaxıstan-Azərbaycan biznes forumu çərçivəsində “İqtisadi əməkdaşlığın dərinləşdirilməsi və tərəfdaşlığın yeni üfüqləri” mövzusunda Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının III iclası baş tutub.

presstvaz AZƏRTAC-a istinadla xəbər verir ki, tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

İclasda iki ölkənin biznes dairələri arasında tərəfdaşlığın şaxələndirilməsi razılaşdırılıb, yeni imkanlar müzakirə edilib. Tədbir iştirakçıları Azərbaycan və Qazaxıstan arasında investisiya əməkdaşlığının genişlənməsi, Qazaxıstan biznesinin Azərbaycandakı fəaliyyəti və iki ölkə arasında yeni tərəfdaşlıq imkanları barədə müzakirələr aparıblar. Tədbirdə Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının biznes dairələri arasında əlaqələrin möhkəmlənməsində rolu vurğulanıb, Şuranın əvvəlki iclasından sonra əldə olunan nəticələr və gələcək fəaliyyət istiqamətləri təqdim olunub.

Tədbirin sonunda iclasın nəticələri ümumiləşdirilib və hər iki ölkədən içki, qida sənayesi, tikinti və digər sahələrdə fəaliyyət göstərən 14 şirkət Qazaxıstan və Azərbaycan arasında işgüzar münasibətlərin inkişafına verdikləri xüsusi töhfəyə görə təşəkkürnamələrlə təltif olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv