Bu il Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 1,5 faiz artıb

Bu il Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 1,5 faiz artıb






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Audi, #Azərbaycan, #Dollar, #Gürcüstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin yanvar-sentyabr aylarında Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 970.6 milyon dollara çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1.43 faiz artım deməkdir.

presstvaz Gürcüstan Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, hesabat dövründə Gürcüstanın Azərbaycana ixracı 529.9 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 2.6 faiz azalma deməkdir. İdxal 440.7 milyon ABŞ dolları təşkil edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6.4% artım göstərir.

Azərbaycan Gömrük Komitəsinin məlumatına görə, ölkənin Gürcüstanla ümumi ticarət həcmi 623 milyon 989.32 min dollar olub. İxrac isə 495 milyon 464.45 min dollar təşkil edib.

Azərbaycan və Gürcüstan dövlət qurumlarının açıqladığı məlumatlarda fərqliliklər iki ölkənin gömrük metodologiyasında müxtəlif qiymətləndirmə və ölçmə metodlarından istifadə etməsi ilə izah olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv