Zemfira Paşinyanın videosundan sonra Ermənistana konsert turuna getməkdən imtina etdi

Zemfira Paşinyanın videosundan sonra Ermənistana konsert turuna getməkdən imtina etdi






presstv

"Presstv"az #Audi, #Ermənistan, #İrəvan, #Nikol Paşinyan, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyalı müğənni Zemfira (əsl adı Zemfira Ramazanova) Ermənistana konsert turuna getməkdən imtina edib.

presstvaz xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı öz mənbəyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, yerli təşkilatçı şirkət Ermənistanın baş naziri Nikol Paşinyanın ulduzun mahnısını dinlədiyi videosundan sonra Zemfiranın şousunu təşkil etmək istəyib.

Təşkilatçıların sözlərinə görə, bundan sonra İrəvanda şəhər konsertləri və korporativlər üçün müğənniyə 20 milyon rubl (təxminən 420 min manat) təklif ediblər və daha çox da təklif edə bilərdilər, lakin o, qəti şəkildə konsertdən imtina edib.

Kanalın mənbələri əmindirlər ki, Zemfira Rusiya ordusunu açıq şəkildə tənqid etdikdən və Ukraynaya dəstək verdikdən sonra Ermənistanda həbs ediləcəyindən qorxur.

Xatırladaq ki, daha əvvəl Paşinyan “Telegram” kanalında Zemfiranın “P.M.M.L.” mahnısı altında fikirli şəkildə masanın arxasında oturduğu videonu paylaşıb. Videoda baş nazirin öz kabinetində oturub önünə baxaraq, mahnıya qulaq asdığı görünür, “Məni bağışla, mənim sevgim” sözlərində isə o, baxışını kameraya yönəldir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv