İranda 700 min il “yatmış” vulkan oyandı: Alimlərdən xəbərdarlıq

İranda 700 min il “yatmış” vulkan oyandı: Alimlərdən xəbərdarlıq






presstv

"Presstv"az #Audi, #İran, #Pakistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İranın cənub-şərqində yerləşən Taftan vulkanı 700 min ildən çox davam edən sükutdan sonra yenidən aktivləşib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, alimlərin məlumatına görə, vulkanın səthi 2023-cü ilin iyulundan 2024-cü ilin mayına qədər 10 ay ərzində təxminən doqquz santimetr yüksəlib.

Mütəxəssislər hesab edirlər ki, bu, vulkanın səthinin altında qaz təzyiqinin artmasından xəbər verir və onun tamamilə “yatmış” vəziyyətdən çıxdığını göstərir.

Alimlər bildirirlər ki, vulkanın oyanması ciddi seysmik müşahidə və davamlı monitorinq tələb edir, çünki prosesin necə inkişaf edəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Taftan vulkanı 3940 metr hündürlükdə, İranla Pakistan sərhədində dağlıq ərazidə yerləşir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv