Bu meyvə xəstəliklərə qarşı "qalxan"dır – Damarları gücləndirir

Bu meyvə xəstəliklərə qarşı "qalxan"dır – Damarları gücləndirir






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Moruq damarları qorumağa və orqanizmdəki iltihabı azaltmağa kömək edir.

presstvaz xəbər verir ki, bu barədə "Nutrients" jurnalında dərc olunub.

Moruğun tərkibindəki aktiv maddələr, xüsusilə antosianlar və polifenollar, iltihabla əlaqəli genlərin fəaliyyətini zəiflədir. Onların arasında IL-6, IL-1β, TNF-α və NF-κB genləri də var. Bu maddələr hüceyrə səviyyəsində təsir göstərərək iltihabi reaksiyaların qarşısını alır və damarların maddələr mübadiləsini yaxşılaşdırır.

Alimlərin fikrincə, bu təsir ürək və damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynaya bilər. Tədqiqat həmçinin göstərib ki, moruq ekstraktı damarların daxili qatını, yəni endoteli qoruyur və onun zədələnməsinin qarşısını alır. Bu, xüsusilə ateroskleroz və digər qan dövranı problemlərində vacib hesab olunur.

Məlum olub ki, moruğun tərkibindəki maddələr VCAM-1, ICAM-1 və SELE molekullarının aktivliyini azaldır. Bu molekullar damarların daralmasında və iltihabi proseslərin dərinləşməsində iştirak edir.

Tədqiqatçılar hesab edirlər ki, moruğu və ya polifenolla zəngin moruq ekstraktlarını müntəzəm qəbul etmək aterosklerozun ilkin mərhələlərinin və xroniki iltihabla bağlı digər xəstəliklərin inkişafını ləngidə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv