İran Ermənistan və Qazaxıstanla birlikdə müntəzəm dəniz marşrutu açır

İran Ermənistan və Qazaxıstanla birlikdə müntəzəm dəniz marşrutu açır






presstv

"Presstv"az #Aktau, #Audi, #Avropa, #Bakı, #Ermənistan, #Gəmi, #Həştərxan, #İran, #Nəqliyyat, #Qazax, #Qazaxıstan, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İranın Əmirabad limanı Ermənistan və Qazaxıstanla birlikdə müntəzəm dəniz marşrutu açmaq təklifi ilə çıxış edib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bunu İranın Əmirabad Limanları və Dənizçilik İdarəsinin rəisi Məhəmmədli Musapur Gənci Mazandaran əyalətinin Behşehr şəhərində Ermənistan və Qazaxıstan nümayəndə heyətləri ilə görüşdə bəyan edib.

İran rəsmisi limanın Şimal-Cənub dəhlizində strateji mövqedə yerləşdiyini vurğulayıb, onun yeni marşrutlar, multimodal daşımaların inkişafı baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

Görüşdə logistika və tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib.

Bundan əlavə, liman, gəmiçilik şirkətləri və yükdaşıyıcıları arasında üçtərəfli sazişin imzalanması nəzərdə tutulur.

Təxminən 1300 hektar ərazisi olan Əmirabad Xəzər dənizinin ən böyük limanıdır. O, dəmir yolu şəbəkəsinə qoşulub, 10 milyon ton yük daşımaq gücünə malik 15 körpüyə malikdir.

Həştərxan, Aktau, Bakı və Xəzərin digər limanlarından yüklər bu limanlın ərazisindən daşınır.

Əmirabad Asiya və Avropanı birləşdirən Şimal-Cənub dəhlizinin mühüm nəqliyyat qovşağına çevrilə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv