Qayınanasını döyən kürəkən məhkəmə zalında həbs edildi

Qayınanasını döyən kürəkən məhkəmə zalında həbs edildi






presstv

"Presstv"az #Ağstafa, #Audi, #Cinayət işi, #Hadisə, #Hakim, #Mobil telefon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağstafa Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Fərəc Əmirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

presstvaz Pravda.az-a istinadən xəbər verir ki, hakim Heyran Mürsəlovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalında həbs olunub.

İttiham aktına görə, hadisə 20 may 2025-ci il tarixdə, saat 13:20 radələrində Ağstafa şəhərində yerləşən “Zəhra Telekom” mobil telefon aksesuarları mağazasının qarşısında qeydə alınıb.

Belə ki, Fərəc Əmirov zərərçəkmiş Sənan Nəbiyev (adı, soyadı şərtidir) tərəfindən idarə olunan sözügedən mağazaya gəlib. O, heç bir əsaslı səbəb olmadan və hər hansı şəxs tərəfindən ona müraciət edilmədiyi halda, ona guya Sənanın mərhum tanışı S.K-nın (adı, soyadı şərtidir) həyat yoldaşına mobil telefon vasitəsilə sevgi münasibəti təklif etdiyini deyib. Fərəc bunu bəhanə edərək orada olan şəxslərin gözü qarşısında Sənanı nalayiq ifadələrlə təhqir edib. Daha sonra o, zərərçəkmişin sifət nahiyəsinə yumruqla bir dəfə vurub. Zərbədən sonra Sənanın ondan qaçmağa cəhd göstərməsinə və ətrafdakı şəxslərin vəziyyəti sakitləşdirməyə çalışmasına baxmayaraq, onu təqib edib, bədəninin müxtəlif hissələrinə yenidən yumruq zərbələri endirib.

Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətlərini davam etdirib. Bu zaman mağazanın qarşısında, səki üzərində satış üçün düzülmüş çəhrayı rəngli uşaq skuterini silah qismində istifadə edərək, onunla Sənana zərbə endirib. Skuter zərərçəkmişin qoluna dəyib.

Hadisə zamanı ətrafda olan və ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Sənanın qayınanası, zərərçəkmiş Məxmirə Hacıyeva (adı, soyadı şərtidir) da onun aqressiv hərəkətlərini dayandırmaq məqsədilə araya girib. Lakin Fərəc ona da yumruqla bir neçə dəfə zərbə endirib. Zərbələr nəticəsində Məxmirə Hacıyeva dizləri üstə yerə yıxılıb və sağ bazusunda qançırla müşayiət olunan bədən xəsarətləri alıb.

Hadisədən sonra Fərəc Əmirov saxlanılıb. İstintaq müddətində onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv