Qurban Qurbanov: “Benfika” ilə oyundan əvvəl nadir insanlar qələbə barədə düşünə bilərdilər”

Qurban Qurbanov: “Benfika” ilə oyundan əvvəl nadir insanlar qələbə barədə düşünə bilərdilər”






presstv

"Presstv"az #"Qarabağ", #Audi, #Avropa, #Futbol

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Benfika” istənilən an 3 və ya 4-cü qolu vura bilərdi”.

presstvaz xəbər verir ki, bu barədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Euronews” kanalına müsahibəsində “Benfika” ilə keçirilən oyunu dəyərləndirərkən deyib.

O bildirib ki, futbolçularla birlikdə düşüncə o olub ki, daha da böyümək, uğurlu nəticələr əldə etmək üçün biz istənilən komandaya qarşı cəsarətli və inamlı olmalıyıq:

“Emosiyalarımı sözlə ifadə edə bilmərəm. Çünki “Benfika” kimi komandaya səfərdə 2:0 geri düşdükdən sonra üç qol vurmaq böyük nailiyyətdir. “Benfika” istənilən an 3 və ya 4-cü qolu vura bilərdi”.

“Benfika” ilə oyundan əvvəl nadir insanlar qələbə hətta bərabərlik haqqında düşünə bilərdi. Oyundan sonra Avropanın istənilən ölkəsində bizim qalibiyyətimiz, komandamızın gücü barədə danışıldı. Bu, komandamıza əlavə inam yaratdı. Bu cür böyük turnirdə iştirak etmək haqqımızda daha çox maraqlanmalarına səbəb olur. Yenidən Çempionlar Liqasında çıxış etməyimiz “Qarabağ” adının tarixini ciddi surətdə bəyan etdi”, – deyə baş məşqçi qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv