Umayra Tağıyeva: “Azərbaycanda intensiv yağıntı hadisələri altı dəfə çoxalıb”

Umayra Tağıyeva: “Azərbaycanda intensiv yağıntı hadisələri altı dəfə çoxalıb”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Güclü külək, #Hadisə, #İqlim dəyişikliyi, #Meşə, #Meşə yanğınları

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Son 10 ildə Azərbaycanda iqlim risklərinin miqyası kəskin artıb”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.

Onun sözlərinə görə, bu dövrdə daşqın hadisələrinin sayı 80 dəfədən çox, quraqlıqların davametmə müddəti isə 18% artıb:

“Həmçinin 30 dərəcədən yüksək temperatur olan günlərin sayı 6 dəfə, meşə yanğınları 5 dəfə, güclü küləklər (saniyədə 25 metrdən artıq sürətlə) 12 dəfə, intensiv yağıntı hadisələri isə 6 dəfə çoxalıb”.

Nazir müavini qeyd edib ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) qiymətləndirmə hesabatı şəhərlərin üzləşdiyi risklərin artdığını vurğulayır:

“Daha tez-tez baş verən istilik dalğaları, daşqınlar, su çatışmazlığı, infrastrukturun zədələnməsi şəhərlər üçün ciddi çağırışlardır. Hazırda IPCC-nin 7-ci qiymətləndirmə dövrü aparılır, bu çərçivədə iqlim dəyişikliyi və şəhərlər üzrə xüsusi hesabat hazırlanır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv