Vinisius həbs edilə bilər

Vinisius həbs edilə bilər






presstv

"Presstv"az #"Real Madrid", #Audi, #Braziliya, #Futbol, #Vinisius Junior

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Real Madrid”in yarımmüdafiəçisi Vinisius Junior Rio-de-Janeyroda 25 yaşının tamam olması münasibətilə iyulun 19-u axşamdan iyulun 21-i səhərə qədər təşkil etdiyi əyləncə gecəsi zamanı başqalarının işini və ya rahatlığını pozmağa görə cəzalandırıla bilər.

presstvaz “O Globo” nəşrinə istinadən xəbər verir ki, futbolçu konsertlər, o cümlədən reper Trevis Skottun çıxışı, fişənglər və hətta attraksionlar daxil olmaqla, təntənəli əyləncə gecəsi təşkil edib.

Tədbirdə təxminən 500 nəfər olub.

Vinisiusa qarşı məhkəmə işi toy və şənliklər kimi böyük tədbirlər üçün nəzərdə tutulmuş malikanənin qonşusunun şikayəti əsasında qaldırılıb.

Şikayətçi yüksəksəsli musiqi və qışqırıq səsləri eşidərək polis çağırdığını, iştirakçılardan səsi azaltmağı xahiş etdiyini bildirib. Vinisius və qonaqları polis əməkdaşlarının göstərişlərini yerinə yetiriblər, lakin onlar getdikdən sonra səs yenidən olduqca yüksək olub.

Bu iş üzrə ilkin dinləmə 6 noyabr tarixində keçiriləcək. Braziliya qanunvericiliyinə görə, “başqalarının işini və ya rahatlığını pozmaq” 15 gündən üç aya qədər həbs cəzası və ya cərimə ilə cəzalandırıla bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv