9 ayda 20,7 milyon ton neft, 38,2 milyard kubmetr qaz hasil olunub

9 ayda 20,7 milyon ton neft, 38,2 milyard kubmetr qaz hasil olunub






presstv

"Presstv"az #Audi, #Avropa, #Günəş, #Gürcüstan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, respublikada 20.7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

presstvaz xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Hasilatın 12 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2.9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0.4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5.4 milyon tona yaxın təşkil edib.

Bu dövrdə 17.4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 14.9 milyon tonu konsorsiumların, 2.1 milyon tonu SOCAR-ın, 0.4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.

Qeyd edək ki, bu ilin 9 ayında xam neft hasilatı orta hesabla gündəlik 62 min ton (458 min barrel), kondensat hasilatı 13.7 min ton (112 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75.7 min ton (570 min barrel) olub.

Hesabat dövründə neftin emalı 4.6 milyon ton təşkil edib.

2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 38.2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 10.2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 20.9 milyard kubmetri “Şahdəniz”in, 1.2 milyard kubmetri “Abşeron” yatağının, 5.9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

9 ay ərzində xaricə qaz ixracı 18.3 milyard kubmetr təşkil edib. Bunun 9.4 milyard kubmetri Avropanın, 7.3 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 4.3 milyard kubmetr), 1.6 milyard kubmetrə yaxını isə Gürcüstanın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 oktyabr 2025-ci il tarixinədək 665.1 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 497.7 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 613.6 milyon ton neft, 240 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 51.5 milyon tona yaxın kondensat, 257.7 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə 663 milyon ton neft, 185.7 milyard kubmetr qaz ixraca nəql edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv