Ermənistanda qəzəb səviyyəsi: Dünya ölkələri içərisində ilk üçlükdə yer aldı

Ermənistanda qəzəb səviyyəsi: Dünya ölkələri içərisində ilk üçlükdə yer aldı






presstv

"Presstv"az #Audi, #Ermənistan, #İraq, #Müharibə, #Münaqişə, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistan qəzəb səviyyəsinə görə dünya ölkələri içərisində ilk üç ölkə arasındadır.

presstvaz-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə “Gallup” beynəlxalq tədqiqat mərkəzinin “2025-ci ildə dünyada emosional sağlamlığın vəziyyəti” adlı yeni hesabatında məlumat verilib.

“Gallup” 144 ölkədə emosional sağlamlıq vəziyyətini təhlil edib.

“Qəzəb səviyyəsi Çad, İordaniya, Ermənistan, Şimali Kipr, Syerra-Leone və İraqda ən yüksək səviyyədə olub, hansı ki, bu ölkələrdə və regionlarda aktiv münaqişələr, son müharibələr və ya davam edən siyasi və iqtisadi qeyri-sabitlik müşahidə olunur. Çadda qəzəb səviyyəsi 2024-cü ildə rekord həddə çatıb və bu da iyun ayında sursat anbarında baş verən ölümcül partlayışdan sonra ictimai narazılıq və mübahisəli seçkilərin yaratdığı iğtişaşlarla əlaqəli ola bilər”, – deyə hesabatda bildirilib.

Hesabata əlavə edilmiş qrafikdə Ermənistanda əhali arasında qəzəb səviyyəsi 43% təşkil edib. Yalnız İordaniya (46%) və Çadda (47%) qəzəb səviyyəsi Ermənistandan daha yüksək olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv