Şuşada “hiking” turları təşkil ediləcək

Şuşada “hiking” turları təşkil ediləcək






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Ərdəbil şəhəri, #İran, #Jurnalistlər, #Şuşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Gələn ilin yaz fəslindən etibarən Şuşada “hiking” (piyada dağ yürüşü) turları təşkil olunacaq”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

Onun sözlərinə görə, hazırda Şuşada kanat yolunun tikintisi ilə bağlı layihələndirmə işləri aparılır.

A.Kərimov əlavə edib ki, bu il ərzində Şuşaya 430 min turist səfər edib, onların 23 mini şəhərdə gecələyib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 5-də İranın Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Şuşa 2026-cı il üçün “ECO-nun turizm paytaxtı” elan olunub. Bu qərar Azərbaycanın tarixi-mədəni və ictimai-siyasi həyatında mühüm yer tutan Şuşaya xüsusi ehtiramın göstəricisidir və üzv dövlətlər arasında turizm əməkdaşlığının genişlənməsinə töhfə verəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv