Əli Əliyev: “Azad edilmiş ərazilərdə poçt şöbələri fəaliyyətə başlayıb”

Əli Əliyev: “Azad edilmiş ərazilərdə poçt şöbələri fəaliyyətə başlayıb”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Böyük Qayıdış, #Hadrut, #Kosmos, #Nəqliyyat, #Şuşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində azad edilmiş ərazilərdə poçt və rabitə xidmətləri ilə bağlı görülən işlər açıqlanıb.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) baş kommunikasiya inzibatçısı Əli Əliyev 30-cu Yubiley Xəzər İnşaat Həftəsinin (“Caspian Construction Week”) ikinci günündə məlumat verib.

O qeyd edib ki, azad edilmiş ərazilərdə “Azərpoçt” MMC tərəfindən poçt xidmətlərinin göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir:

“Hazırda Xocavənd rayonunun Hadrut qəsəbəsində, Zəngilan rayonunun Ağalı kəndində, Xankəndidə, Şuşada, Laçın və Kəlbəcər rayonlarında “Azərpoçt” MMC-nin poçt şöbələri fəaliyyətə başlayıb.

Ərazilərin bərpası prosesində dəqiq və operativ informasiya təminatını gücləndirmək məqsədilə peyk texnologiyalarından geniş şəkildə istifadə olunur. “Azərkosmos” tərəfindən fiber-optik xətlərin və digər rabitə infrastrukturunun hələ mövcud olmadığı ərazilərdə peyk texnologiyaları vasitəsilə internet və daxili şəbəkə xidmətləri təmin edilir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv