Cavid Abdullayev: “İşğaldan azad edilmiş ərazilərdə elektrik stansiyalarının istismara veriləcəyinin şahidi olacağıq”

Cavid Abdullayev: “İşğaldan azad edilmiş ərazilərdə elektrik stansiyalarının istismara veriləcəyinin şahidi olacağıq”






presstv

"Presstv"az #Audi, #Cəbrayıl, #Günəş

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İşğaldan azad edilmiş ərazilərdə sənayemiqyaslı günəş və külək elektrik enerjisi stansiyalarının potensialının çox olduğu yerlər var”.

presstvaz xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev 30-cu Yubiley Xəzər İnşaat Həftəsində bildirib.

Onun sözlərinə görə, günəş enerjisi ilə bağlı Cəbrayıl və Zəngilan, külək enerjisi üzrə isə Laçın və Kəlbəcərdə ciddi potensial mövcuddur:

“Bu istiqamətdə müvafiq işlər gedir. Ümumilikdə, sözügedən zonalarda elektrik enerjisi stansiyalarının yaxın zamanlarda istismara veriləcəyinin şahidi olacağıq. Artıq stansiyaların bir qisminin təməli qoyulub, bir qismində ölçmələr gedir, bir hissəsində isə bütün müqavilə bazası hazırdır. Bütün bu proseslər müvafiq infrastruktur olmadan mümkün deyil”.

O əlavə edib ki, Cəbrayılda “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları (SES), eyni zamanda digər kiçik su elektrik stansiyalarının (KSES) qoyuluş gücünün təxminən 500 meqavatın üzərində olması gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv