BMT Qəzzanın bərpası üçün tələb olunan məbləği açıqladı

BMT Qəzzanın bərpası üçün tələb olunan məbləği açıqladı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Dollar, #Donald Tramp, #Dünya Bankı, #HƏMAS hərəkatı, #İsrail, #Misir, #Münaqişə, #Qətər, #Qəzza, #Qəzza zolağı, #Türkiyə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qəzza zolağının yenidən qurulması 70 milyard dollar xərc tələb edəcək.

presstvaz-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP) Fələstin xalqına yardım proqramı üzrə administratorunun xüsusi nümayəndəsi Yako Silliers bildirib.

“BMT, Avropa İttifaqı və Dünya Bankı tərəfindən birgə aparılan zərərin və ehtiyacların operativ qiymətləndirilməsinə əsasən, Qəzzanın bərpası üçün təxminən 70 milyard dollar tələb olunacaq”, – deyə o, Cenevrədə keçirilən brifinqdə vurğulayıb.

Bununla yanaşı, Silliers bərpa işlərinin nə vaxt başa çatacağı ilə bağlı müddəti qiymətləndirməkdən imtina edib.

Onun sözlərinə görə, yuxarıda qeyd olunan təşkilatların vəzifəsi, dağıntıların miqyasını müəyyənləşdirməklə yanaşı, hansı bölgələrin ilk növbədə bərpa edilməsi və səylərin hara yönəldilməsi ilə bağlı prioritetləri müəyyən etməkdir.

“Ehtimal ki, bütün ərazilər bərpa edilməyəcək”, – deyə o əlavə edib.

Xatırladaq ki, oktyabrın 6-da İsrail və Fələstinin HƏMAS hərəkatının nümayəndə heyətləri Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzza zolağında vəziyyətin nizamlanması üzrə danışıqları yenidən başladıblar. Oktyabrın 9-da münaqişə tərəfləri ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim edilmiş sülh planının birinci mərhələsinin həyata keçirilməsi haqqında saziş imzalayıblar. Qəzzada atəşkəs haqqında saziş 10 oktyabrda qüvvəyə minib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv