İşğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında tətbiq edilən GÜZƏŞTLƏR AÇIQLANDI

İşğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında tətbiq edilən GÜZƏŞTLƏR AÇIQLANDI






presstv

"Presstv"az #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bu il oktyabrın 1-dək Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında mövcud rezidentlərə 232 ədəd təsdiqedici sənəd verilib ki, bu sənədlər əsasında sahibkarlar sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində ümumilikdə 11 milyon manata yaxın vəsaitlərinə qənaət ediblər”.

presstvaz bildirir ki, bu fikirləri   İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımlı deyib.

O bildirib ki, bu ilin 9 ayında sahibkarlara 133 ədəd təsdiqedici sənəd verilib ki, bu da sahibkarlara 4.2 milyon manat vəsaitlərinə qənaət etməyə imkan verib:

“Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv