Məşhur mebel şirkətinin rəhbəri BMT-də yüksək vəzifəyə namizəd kimi irəli sürüldü

Məşhur mebel şirkətinin rəhbəri BMT-də yüksək vəzifəyə namizəd kimi irəli sürüldü






presstv

"Presstv"az #Antonio Quterreş, #Audi, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsveç hökuməti evlər, ofislər üçün rahat şəkildə quraşdırıla bilinən mebel, mətbəx texnikası və ev ləvazimatları hazırlayan IKEA şirkətinin istefa verən rəhbəri Yesper Brodini BMT-nin Qaçqınlar üzrə növbəti Ali Komissarı vəzifəsinə namizəd kimi irəli sürüb.

presstvaz-ın məlumatına görə, bu barədə Brodin “Financial Times” qəzetinə müsahibəsində bildirib.

“Hökumətin məni xatırlamasından yaxşı mənada təəccübləndim, çünki bir biznes liderin irəli sürülməsi olduqca qeyri-adi təcrübədir… Biz cəmiyyətdəki maneələri aradan qaldırmalıyıq, istər iqlim məsələləri, istərsə də qaçqınlar olsun”, – deyə Brodin qeyd edib.

O əlavə edib ki, BMT dəyişikliklərə məruz qalır, buna görə də təşkilata bir çox ölkələri əhatə edən böyük təşkilatlarda iş təcrübəsi olan liderlər lazımdır. Onun sözlərinə görə, İsveç hökuməti onun 43 ölkədə 170 min işçisi olduğu bir şirkətə rəhbərlik təcrübəsi olduğu üçün bu addımı atıb.

Komissarı namizədlər arasından BMT-nin Baş katibi Antonio Quterreş seçəcək, daha sonra namizədlik BMT Baş Assambleyasında səsvermədə təsdiqlənməlidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv