"iPhone" istifadəçilərinə şad xəbər: 1 il pulsuz olacaq

"iPhone" istifadəçilərinə şad xəbər: 1 il pulsuz olacaq






presstv

"Presstv"az #Apple, #iPhone

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Apple" şirkəti "iPhone 14" və "iPhone 15" istifadəçiləri üçün "Təcili SOS peyk bağlantısı" xidmətinin pulsuz sınaq müddətini bir il daha uzatdığını açıqlayıb.

presstvaz xəbər verir ki, bu qərara əsasən, istifadəçilər 2026-cı ilin noyabrına qədər xidmətə əlavə ödəniş etmədən daxil ola biləcəklər.

Xatırladaq ki, "Apple" bu funksiyanı ilk dəfə 2022-ci ilin noyabrında təqdim edib və xidmətin ilkin olaraq iki il pulsuz olacağını bildirmişdi. 2023-cü ildə isə sınaq müddəti 2025-ci ilin noyabrına qədər uzadılmışdı. Yeni qərar isə bu müddəti daha bir il artıraraq 2026-cı ilin noyabrına qədər istifadəyə imkan verir.

Qeyd edək ki, "Təcili SOS peyk bağlantısı" funksiyası istifadəçilərə mobil şəbəkənin olmadığı ərazilərdə təcili SOS mesajı göndərərək, yardım xidmətlərinə tez bir zamanda çatmağa imkan verir.

"Apple" bildirib ki, gələcəkdə bu xidmət daha çox ölkə və bölgədə də əlçatan olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv