“Azercell”in kibertəhlükəsizlik komandası “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” yarışında uğur qazanıb

“Azercell”in kibertəhlükəsizlik komandası “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” yarışında uğur qazanıb






presstv

"Presstv"az #Audi, #Azercell, #Azərbaycan, #Bakı, #Birləşmiş Ərəb Əmirlikləri, #Moldova, #Müharibə, #Özbəkistan, #Qırğızıstan, #Tacikistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə 9-10 oktyabr tarixlərində Bakıda keçirilən “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik tədbiri başa çatıb.

Tədbir çərçivəsində təşkil olunan “Ağıllı şəhərlərdə kibermüharibə” yarışında “Azercell Telekom”u təmsil edən “Cybercell” komandası yüksək peşəkarlıq nümayiş etdirərək vitse-çempion adını qazanıb. İki gün davam edən müsabiqədə mobil operatorun Təhlükəsizlik Departamentinin mütəxəssisləri kibertəhlükəsizlik üzrə real ssenarilər əsasında hazırlanan tapşırıqları uğurla yerinə yetiriblər.

Tədbir 20 yerli və ilk dəfə olaraq 5 xarici komandanı – Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Moldova, Qırğızıstan və Tacikistandan olan iştirakçıları bir araya gətirib. Yarışın məqsədi dövlət qurumları, kritik infrastruktur obyektləri, bank və telekommunikasiya sektorlarını təmsil edən komandalar arasında kiberhücumlara qarşı müdafiə qabiliyyətinin artırılması, eləcə də böhran vəziyyətlərində informasiya sistemlərinin effektiv idarə olunması və milli kibertəhlükəsizlik potensialının inkişaf etdirilməsi olub.

“CIDC 2025” çərçivəsində keçirilən kibertəhlükəsizlik həlləri sərgisində 41 yerli və xarici şirkət informasiya təhlükəsizliyi, risklərin idarə olunması və şəbəkə müdafiəsi istiqamətlərində son texnoloji yeniliklərini nümayiş etdirib. Sərgidə “Azercell”in nümayiş etdirdiyi innovativ həllər iştirakçılar və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

“Azercell Telekom” biznes müştərilərinə etibarlı kibertəhlükəsizlik həlləri təqdim etməklə yanaşı, bu sahədə peşəkar kadrların hazırlanmasına da xüsusi diqqət yetirir. Şirkət kibertəhlükəsizlik ekosisteminin inkişafına və ölkədə mütəxəssis potensialının gücləndirilməsinə töhfə verməyə davam edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv