Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU

Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Cinayət işi, #Ekstradisiya, #Heydər Əliyev, #Hindistan, #İstanbul, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Tailand

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Hindistanda çox sayda qətl törətmiş və uzun müddət beynəlxalq axtarışda olan cinayətkar Rəşid Keyblvala saxlanılıb.

presstvaz Modern.Az-a istinadla xəbər verir ki, Keyblvala İstanbul-Bakı reysi ilə Azərbaycana daxil olarkən Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və daha sonra hüquq-mühafizə orqanlarına təhvil verilib.

Hazırda Hindistan xüsusi xidmət orqanları onun ekstradisiyası üçün sənədləri hazırlayır.

Məlumata görə, Rəşid Keyblvala Hindistanda “ən çox axtarılan cinayətkarlar” siyahısında yer alır. Onun saxlanılması “sənədlərindəki uyğunsuzluqlar” səbəbindən mümkün olub. Hindistan hüquq-mühafizə nümayəndələri artıq onun cinayət keçmişi və dosyesi ilə bağlı məlumatları rəsmi kanallar vasitəsilə Azərbaycana təqdim etməyə hazırlaşırlar.

İstintaq materiallarına əsasən, Keyblvalanın rəhbərlik etdiyi dəstə iş adamlarına hədə-qorxu gəlmə, “xərac” tələb etmə və rəqib qrupların üzvlərinin qətli ilə məşğul olub.

O, ilk dəfə 2018-ci ildə Səudiyyə Ərəbistanına qaçmağa cəhd göstərərkən tutulmuş, lakin qısa müddət sonra azadlığa buraxılmışdı.

Sonradan o, Ər-Riyadda tikiş müəssisəsi yaradıb və Tailandda fəaliyyətini genişləndirərək cinayət yolu ilə əldə edilmiş pulları “yumağa” cəhd edib. 2019-cu ildə ona qarşı “kamikadze terrorçularla əlaqə” maddəsi üzrə cinayət işi açılıb, 2020-ci ildə yenidən saxlanılıb, lakin 2022-ci ilin əvvəlində saxta pasportla ölkədən qaçmağa nail olub.

Keyblvala Hindistanın digər məşhur cinayətkarları Həşim Baba və Lourens Bişnoy ilə yaxın əlaqələrdə ittiham olunur. Onun adı son illərdə iş adamı Nadir Şahın (2024-cü ilin sentyabrı), həmçinin Sunit Caynın (2024-cü ilin dekabrı) qətlləri ilə bağlı istintaqlarda hallanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv