Mirzoyan delimitasiya əleyhinə aksiyalarda iştirak edən diplomatları fərari adlandırdı

Mirzoyan delimitasiya əleyhinə aksiyalarda iştirak edən diplomatları fərari adlandırdı






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan delimitasiya əleyhinə aksiyalarda iştirak edən diplomatları fərari adlandırıb.

presstvaz   Oxu.az-a istinadən xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, Mirzoyan bunu ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqla İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. O, Almatı bəyannaməsini Azərbaycanla sərhədin delimitasiyası üçün əsas ola bilməyəcəyini deyən və sənədi keçmiş sovet respublikalarının ərazi iddialarının olmamasının təsdiqi kimi qiymətləndirən diplomatların, o cümlədən XİN-in keçmiş rəhbərlərinin fikirlərini şərh edib.

Nazir adları çəkilən təcrübəli diplomatların münaqişə dövrlərində öz vəzifələrini, öz “səngərlərini” tərk etdiklərini vurğulayıb:

“Bu, ən yumşaq qiymətləndirmədir. Amma reallıq bundan da pisdir. Bu insanlar Almatı bəyannaməsini və ona əsaslanan sülh prosesini hədəfə almaqla – qəsdən olub-olmadığını deyə bilmərəm – Ermənistanın suverenliyini, dövlətçiliyini və ərazi bütövlüyünü hədəfə alırlar. Bunu ən yaxşı halda istəmədən, ən pis halda başqa ölkənin diktəsi ilə edirlər”, – deyə nazir vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv