Azərbaycanda yeni məktəblər tikiləcək

Azərbaycanda yeni məktəblər tikiləcək






presstv

"Presstv"az #Ağcabədi, #Azərbaycan, #Körpə, #Masallı, #Masallı rayonu, #Orta məktəb, #Qəbələ, #Qəbələ rayonu, #Qusar rayonu, #Sabirabad, #Sabirabad rayonu, #Təhsil, #Tovuz rayonu, #Ucar rayonu, #Xaçmaz rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda yeni məktəb binalarının tikintisi ilə bağlı müvafiq işlərə başlanılır.

presstvaz xəbər verir ki, Trend-in məlumatına görə, respublika üzrə 2 məktəbəqədər, 17 tam orta məktəb binası tikiləcək, eləcə də 2 ədəd modul tipli tam orta məktəb binası quraşdırılacaq.

Belə ki, Sumqayıt şəhər Nizami Gəncəvi adına 1152 şagird yerlik texniki və təbiət elmləri liseyinin layihə-smeta sənədləri hazırlanacaq. Eyni zamanda Sumqayıt şəhər 27 nömrəli 1416 şagird yerlik, Xaçmaz rayonu, Hacəlibəy kənd 360 şagird yerlik, Qəbələ rayonu, Dızaxlı kənd 360 şagird yerlik, Qusar rayonu, Yasab kənd 264 şagird yerlik, Ağdam rayonu, Hafiz Əsgərov adına Quzanlı qəsəbə 720 şagird yerlik, Masallı rayonu, Xırmandalı kənd X.Məmmədov adına 792 şagird yerlik, Xızı rayon N.Allahverdiyev adına Sitalçay kənd 180 şagird yerlik, Gəncə şəhər 42 nömrəli 360 şagird yerlik, Qusar rayonu, İmamqulukənd kənd 432 şagird yerlik, Ucar rayonu, Qaracallı kənd 2 nömrəli 432 şagird yerlik, Tovuz rayonu, Hunanlar (Girzan) kənd H.Cəfərov adına 264 şagird yerlik, Sabirabad rayonu, Yolçubəyli kənd 528 şagird yerlik, Bərdə şəhər 1 nömrəli 528 şagird yerlik, Ağcabədi rayonu, Hacıbədəlli kənd 624 şagird yerlik, Hacıqabul şəhər V.Quliyev adına 6 nömrəli 432 şagird yerlik, Beyləqan rayonu, Ramiz Abbasov adına 4 nömrəli 432 şagird yerlik tam orta məktəblərin layihə-smeta sənədlərinin hazırlanması işləri aparılacaq.

Bundan əlavə, Qusar rayonunun Həzrə və Qaratoba kəndlərində hərəsində bir ədəd olmaqla 90 şagird yerlik modul tipli tam orta məktəblərin, həmçinin Xızı rayonunun Giləzi və Yeni Yaşma yaşayış məntəqələrində hərəsində bir ədəd olmaqla 40 yerlik körpələr evi-uşaq bağçalarının layihə-smeta sənədləri hazırlanacaq.

Məlumata əsasən, Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bununla bağlı müvafiq hazırlıqlara başlayıb.

Nazirlik sözügedən işlər üzrə layihə-smeta sənədlərinin hazırlanmasının 2,8 milyon manata başa gələcəyini proqnozlaşdırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv