Bakıda hamilə qadını döyüb uşağını itirməsinə səbəb olan ərin məhkəməsi: “Yeməyə artıq duz atdı, mən də döydüm”

Bakıda hamilə qadını döyüb uşağını itirməsinə səbəb olan ərin məhkəməsi: “Yeməyə artıq duz atdı, mən də döydüm”






presstv

"Presstv"az #Ailə, #Audi, #Bakı, #Cinayət işi, #Hadisə, #Məhkum, #Xəzər Rayon Məhkəməsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda hamilə arvadını döyən ərin məhkəmə prosesi başa çatıb.

presstvaz “Teleqraf”a istinadən xəbər verir ki, cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb.

Hadisə ötən ilin iyulunda baş verib. Təqsirləndirilən şəxs Anar Qulamov (ad və soyad şərtidir) məhkəmədə ifadəsində bildirib ki, arvadı Nigar Qulamovanı (ad-soyad şərtidir) döyməsinə səbəb qadının yeməyə artıq duz atması olub. Məhkəmədə Nigarı vurduğunu etiraf edən Anar bildirib ki, bu, mütəmadi baş verməyib.

Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Nigar Qulamova ərindən şikayətçi olmadığını, döyülməsinə, bu səbəbdən dölü itirməsinə baxmayaraq, ondan şikayətçi olmadığını, Anarı bağışladığını bildirib.

Məhkəmədə şahid qismində mama-ginekoloq da ifadə verib. O bildirib ki, tibbi göstərişlərə əsasən, Nigarın bətnində olan 18 həftəlik uşaq götürülüb. Uşağın götürülməsinə əsas – qanaxmadan ölməsi olub.

Cinayət Məcəlləsinin 133.2.2 və 133.2.4-cü maddələri ilə ittiham olunan Anar Qulamov 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

1998-ci il təvəllüdlü A.Qulamov daha öncə də məhkumluq həyatı yaşayıb. 2017-ci ildə narkotik satışına görə məsuliyyətə cəlb olunan şəxs beş il sonra azadlığa buraxılıb.

Qeyd edək ki, cütlük ötən ilin yanvarında ailə həyatı qurub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv