Braziliyalı futbolçu yeddi qol vurduğu matçdan sonra həbs olunub

Braziliyalı futbolçu yeddi qol vurduğu matçdan sonra həbs olunub






presstv

"Presstv"az #Audi, #Braziliya, #Finlandiya, #Futbol, #Mobil telefon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Braziliyalı futbolçu Conatan Gerreyro Finlandiya çempionatında “Finnkurd” komandasının heyətində yeddi qol vurduğu matçdan sonra həbs edilib.

presstvaz-ın xəbərinə görə, bu barədə “Globo” portalı məlumat verib.

Məlumata görə, 34 yaşlı idmançının həbs olunmasına səbəb danışılmış oyunlarda iştirakı ilə bağlı şübhələr olub.

Final fitindən dərhal sonra meydançadan bütün çıxışlar bloklanıb və 20 yerli polis sahəyə daxil olub. “Finnkurd” oyunçularını yoxlamalar üçün ehtiyat oyunçular skamyasında oturmağa məcbur ediblər, rəqib futbolçuların isə ərazini tərk etmələrinə icazə verilib.

Gerreyro və digər iki braziliyalı idmançı saxlanılıb, lakin sonuncular mobil telefonları yoxlanıldıqdan sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, “Finnkurd” – “Espa/Renat” matçı 8:1 hesabı ilə başa çatıb. Qarşılaşma Finlandiya çempionatının beşinci divizionunda final matçı olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv