Mbappe Azərbaycan millisi ilə matçda məyusluq yaşadı

Mbappe Azərbaycan millisi ilə matçda məyusluq yaşadı






presstv

"Presstv"az #"Real Madrid", #Audi, #Azərbaycan, #Fransa, #Futbol, #Hadisə, #İspaniya, #İspaniya La Liqası, #Kilian Mbappe

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransa yığmasının baş məşqçisi Didye Deşam milli komandanın hücumçusu və kapitanı Kilian Mbappenin yenidən topuğundan zədə aldığını bildirib.

presstvaz-ın məlumatına görə, onun açıqlamasını jurnalist Fabrisio Romano “X” sosial şəbəkə səhifəsində yazıb.

Hadisə DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla matç zamanı (3:0) baş verib. “Real Madrid”in futbolçusu görüşün 83-cü dəqiqəsində əvəz olunub.

“İkinci dəfə eyni nahiyədən zədə alıb. Kilian istirahət etdikcə ağrı azalır. Matç zamanı rəqiblə təmas qaçılmazdır. Biz vəziyyəti araşdıracağıq. Mbappe narahatlıq hiss edir, bu da çox yaxşı deyil”, – Deşam danışıb.

Qeyd edək ki, matç Fransa yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu oyundan öncə Mbappenin meydana çıxıb-çıxmayacağı sual altında idi. Çünki İspaniya La Liqasının səkkizinci turunun “Vilyarreal“la (3:1) oyununda topuğundan zədələnmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv