“Ferrero” reklama 100 milyon dollardan çox vəsait yatıracaq

“Ferrero” reklama 100 milyon dollardan çox vəsait yatıracaq






presstv

"Presstv"az #Audi, #Dollar, #Futbol, #Hadisə, #İdman, #İtaliya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İtaliyanın qənnadı məmulatları istehsalçısı “Ferrero”nun Şimali Amerika bölməsi gələn ilin ən böyük idman hadisələri – “Superboul” və futbol üzrə dünya çempionatı zamanı öz məhsulunun reklamına 100 milyon dollardan çox büdcə ayıracaq.

presstvaz xəbər verir ki, bu barədə məlumatı Interfax.ru yayıb.

“Ferrero”nun Şimali Amerika bölməsinin başçısı Maykl Linsi deyib:

“İdman yarışları əvvəlki kimi ən böyük auditoriya toplayır. Biz istehlakçılara televizor qarşısında oturarkən yedikləri məhsulları reklam edəcəyik. Tamaşaçılar “Superboul”a reklam naminə baxırlar ki, bu da zəmanəmizdə unikal haldır. Belə ki, istehlakçılar adətən reklam fasilələri zamanı ya reklamı dayandırır, ya da teleekrandan uzaqlaşırlar”.

“Ferrero” “Superboul”da – Amerika futbolu üzrə çempionatın finalında ilk dəfə öz reklamını təqdim edəcək. Çempionatın final mərhələsi fevralda keçiriləcək.

Ötən matç teleauditoriyaya 127.7 milyon tamaşaçı toplamışdı. 30 saniyəlik reklam çarxının qiyməti qeyri-rəsmi məlumata görə 8 milyon dollardır. Matçı gələn il yayımlayacaq “NBCUniversal” sentyabrın əvvəlində bildirib ki, artıq bütün reklam slotları satılıb.

“Ferrero” 1946-cı ildə İtaliyada yaradılıb. Şirkət “Nutella”, “Kinder Surprise”, “Kinder Chocolate”, “Raffaello”, “Ferrero Rocher” brendi ilə şokolad və konfetlər istehsal edərək dünyanın 170-dən çox ölkəsinə satır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv