Yer üzünün “ən böyük balinası”nın kosmosdan görüntüsü

Yer üzünün “ən böyük balinası”nın kosmosdan görüntüsü






presstv

"Presstv"az #Audi, #Kosmos

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yer üzünün “ən böyük balinası” adlandırılan Laythaus rifi hətta kosmosdan da görünür.

presstvaz xəbər verir ki, bu, NASA tərəfindən yayımlanan fotolarda öz əksini tapıb.

Rifdə yerləşən dünyaca məşhur Böyük Mavi Dəlik (diametri 318 metr, dərinliyi 124 metr) kosmosdan baxıldıqda “balinanın nəfəs dəliyi”nə bənzəyir.

Qeyd edək ki, Karib dənizində yerləşən Laythaus rifi başdan quyruğa qədər ölçüldükdə təxminən 42 kilometr uzunluğa malikdir. Təxminən 10 min il əvvəl, son buzlaşma dövründən sonra dəniz səviyyəsinin qalxması nəticəsində su altında qalan bu təbii möcüzə 1970-ci illərdə Jak-İv Kusto tərəfindən araşdırıldıqdan sonra məşhurlaşıb. Kusto onu “dünyanın dalğıclıq üçün ən gözəl beş yerindən biri” adlandırıb.

Hazırda Laythaus rifi UNESCO-nun Dünya İrsi Siyahısına daxildir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv