"iPhone" istifadəçilərinə şad xəbər – "WhatsApp"a bu funksiyası gəldi

"iPhone" istifadəçilərinə şad xəbər – "WhatsApp"a bu funksiyası gəldi






presstv

"Presstv"az #Avto, #iPhone, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünyanın ən məşhur mesajlaşma platformalarından biri olan "WhatsApp", "iPhone" istifadəçiləri üçün uzun müddətdir gözlənilən mesaj tərcüməsi funksiyasını istifadəyə verib.

presstvaz xəbər verir ki, bu funksiya əvvəllər yalnız "Android" cihazlarında mövcud idi və indi iOS versiyasında da əlçatandır. Beləliklə, müxtəlif dillərdə mesajlaşan istifadəçilər proqramdan çıxmadan mətni dərhal tərcümə edə biləcəklər.

Yeni funksiya ilə mesajı uzun müddət basıb, görünən menyudan "Daha çox…" seçimini seçərək, alt menyudan "Tərcümə et" düyməsi ilə mesajı istədikləri dilə çevirə bilərlər. Tərcümə üçün lazımlı dil paketləri isə proqram daxilindən endirilir və əlavə alətə ehtiyac qalmır.

"WhatsApp" bildirir ki, yeni tərcümə funksiyası təkbətək söhbətlərdə olduğu kimi, qrup söhbətlərində və kanal yeniləmələrində də aktivdir. Android istifadəçiləri isə avtomatik tərcümə seçimini aktiv edərək gələcək mesajların tərcüməsini avtomatik edə bilərlər.

Şirkət vurğulayır ki, tərcümə prosesi cihaz daxilində həyata keçirilir və məlumatlar üçüncü tərəflərə göndərilmir, bu da istifadəçilərin məxfiliyini qoruyur.

"iPhone"da funksiya ilk olaraq 19 dildə mövcuddur. "Android"də isə əvvəlcə ingilis, ispan, hindi, portuqal, rus və ərəb dilləri dəstəklənirdi. "WhatsApp" gələcəkdə dəstəklənən dillərin sayını artırmağı planlaşdırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv