Ən sağlam səhər yeməyi açıqlandı: Yumurta və pendirdən daha faydalı…

Ən sağlam səhər yeməyi açıqlandı: Yumurta və pendirdən daha faydalı…






presstv

"Presstv"az #diabet, #Yulaf

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Səhər yeməyi vərdişlərini dəyişdirəcək yeni açıqlama gəlib. İllərdir “ən sağlam seçim” kimi qəbul edilən yumurta, pendir və hətta tərəvəzlərdən çox, onların necə və hansı formada yeyilməsi daha vacib imiş. Qidalanma mütəxəssisləri səhər yeməyinin sağlam bədən və güclü zehn üçün əhəmiyyətinə diqqət çəkib və ideal menyunu açıqlayıblar.

Mütəxəssislərə görə səhər yeməyi, bədənə “oyanma vaxtıdır” siqnalı göndərən ilk addımdır. Gecə boyu yavaşlayan metabolizmanı sürətləndirir, qan şəkərini tənzimləyərək gün ərzində yaranan enerji düşmələrinin qarşısını alır.

Daimi və sağlam səhər yeməyi vərdişi:

şəkərli diabet və ürək-damar xəstəlikləri riskini azaldır,

əhvalı yaxşılaşdırır,

diqqət və zehni performansı artırır.

İdeal səhər yeməyinin tərkibi

Günə balanslı və enerji dolu başlamaq üçün səhər süfrəsində bu qida qrupları mütləq yer almalıdır:

Zülal (protein): əzələləri qoruyur, uzunmüddətli toxluq yaradır. Yumurtalar, az yağlı pendir, yoğurt, paxlalılar və qoz-fındıq ən yaxşı mənbələrdəndir.

Sağlam karbohidratlar: əsas enerji mənbəyidir. Yulaf, qarabaşaq, tam taxıllı çörək, təzə meyvə və tərəvəzlər gün ərzində enerjini tənzimləyir.

Sağlam yağlar: beyin və orqanizmin normal fəaliyyəti üçün vacibdir. Səhər yeməyinə az miqdarda zeytun yağı, avokado, qoz-fındıq və ya somon balığı əlavə etmək tövsiyə olunur.

Kalsium: möhkəm sümüklər üçün vacibdir. Pendir, süd, yoğurt və susam kalsium baxımından zəngindir.

Səhər uzaq durulmalı olan 4 qida qrupu

Mütəxəssislər bəzi səhər qidalarının bədəni yüklədiyini və enerjini kəskin şəkildə azaltdığını bildirirlər:

Şəkərli və emal olunmuş qidalar – keks, şirniyyat, bulka və s. qan şəkərini sürətlə qaldırır və sonra kəskin şəkildə salır.

Fast food və qızardılmış yeməklər – çoxlu doymuş yağ ehtiva etdiyinə görə həzmi çətinləşdirir.

Qazlı içkilər – mədə şişkinliyi və narahatlıq yarada bilər.

Çox duzlu və ədviyyatlı qidalar – səhər saatlarında həzm sisteminə ağır gəlir.

“İkinci səhər yeməyi” üsulu

Mütəxəssislər səhər yeməyini iki mərhələyə bölməyi də tövsiyə edirlər:

Əvvəlcə balanslı əsas səhər yeməyi yeyilir.

2-3 saat sonra isə yüngül qəlyanaltı (alma, banan, bir ovuc qoz-fındıq və ya təbii yoğurt) qəbul edərək qan şəkəri tənzimlənir və günorta yeməyində artıq yeməyin qarşısı alınır.

Şirin istəyi yarandıqda isə təbii meyvələr, az miqdarda acı (bitter) şokolad və ya şəkərsiz mürəbbələr daha sağlam seçim sayılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv