Tanınmış professor liseydən kollecə direktor getdi

Tanınmış professor liseydən kollecə direktor getdi






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Emin Əmrullayev, #Nəqliyyat, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı şəhəri, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyinin direktoru, professor Nasim Abışov vəzifəsindən azad edilib.

presstvaz “Qaynarinfo”ya istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Nazirin digər əmri ilə Nasim Abışov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecinə direktor təyin edilib.

Nasim Abışov “Tərəqqi” liseyinə 2018-ci ildə direktor təyin olunmuşdu. O bu vəzifədə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədovanı əvəz etmişdi.

Qeyd edək ki, bu ilin sentyabr ayında Sənaye və Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv