Bakıda dörd tunel və üç yeraltı piyada keçidi inşa edilir

Bakıda dörd tunel və üç yeraltı piyada keçidi inşa edilir






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #Bakı, #Heydər Əliyev, #Nəqliyyat, #Şəki

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi sürətlə davam etdirilir.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib və inşa edilir.

Dövlət Proqramına əsasən, avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi – Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3.9 km uzunluğa malik olacaq. Bundan əlavə, 2.6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları da layihəyə daxildir.

Qeyd edilib ki, avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası aparılır.

1 nömrəli tunel – yolun 0.8-ci km-də (“Şəki dairəsi”) yerləşir. Ümumi uzunluğu 506 m, eni 17 m-dir (qapalı hissə – 120 m, açıq hissə – 386 m).

2 nömrəli tunel – yolun 1.5-ci km-də yerləşir. Ümumi uzunluğu 363 m, eni 11 m-dir (qapalı hissə – 74,09 m, açıq hissə – 289 m).

3 nömrəli tunel – yolun 1.8-ci km-də yerləşir. Ümumi uzunluğu 307 m, eni 27,5 m-dir (qapalı hissə – 192,8 m, açıq hissə – 114,5 m).

4 nömrəli tunel – yolun 2.4-cü km-də yerləşir. Ümumi uzunluğu 894,7 m, eni 27,5 m-dir (qapalı hissə – 259,5 m, açıq hissə – 390,6 m, çıxış hissəsi – 244,6 m).

Məlumatda qeyd olunur ki, 1 nömrəli tunel “Şəki dairəsi” adlanan ərazidə inşa edilir. Artıq bu tunel üzrə fiziki işlərin tərəqqisi 65 faizdir.

Hazırda bütün tunellərdə və yeraltı piyada keçidlərində tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.

2-ci yeraltı piyada keçidində (km 1+328) 78%, 3-cü keçiddə isə (km 3+077) 95% iş icra edilib.

Tikinti prosesi “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə həyata keçirilir. Bütün inşaat meydançalarında mobilizasiya və demobilizasiya işləri başa çatdırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv