Britaniyada avtomobil nömrəsi inanılmaz qiymətə hərraca çıxarılacaq

Britaniyada avtomobil nömrəsi inanılmaz qiymətə hərraca çıxarılacaq






presstv

"Presstv"az #Avto, #Böyük Britaniy, #Böyük Britaniya, #DNT, #Dollar, #Ferrari, #Ginnesin Rekordlar Kitabı, #Hərrac, #İngiltərə, #Kitab, #London

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“RM Sotheby’s” hərrac evi noyabrın əvvəlində Londonda yalnız iki simvoldan ibarət – “1F” avtomobil nömrəsini satışa çıxaracaq.

presstvaz xəbər verir ki, bu barədə “This is Money” nəşri məlumat yayıb.

Nömrənin satış qiymətinin 800 min – 1.2 milyon funt sterlinq (təxminən 1-1.6 milyon dollar) arasında olacağı gözlənilir.

Britaniyada avtomobil nömrəsi inanılmaz qiymətə hərraca çıxarılacaq

Ehtimal olunur ki, bu, İngiltərədə indiyədək satılmış ən bahalı avtomobil nömrəsi olacaq.

Məlumata görə, bu nömrə ilk dəfə 1957-ci ildə Böyük Britaniyada qeydiyyata alınıb. O, sonuncu dəfə “Ferrari 812 GTS” avtomobilinə məxsus olub.

Xatırladaq ki, dünyanın ən bahalı avtomobil nömrəsi “P 7” hesab olunur. 2023-cü ilin yazında Dubayda keçirilən hərracda həmin nömrə 55 milyon dirhəmə (təxminən 15 milyon dollara) satılıb və bu göstərici Ginnesin Rekordlar Kitabına düşüb.

Britaniyada avtomobil nömrəsi inanılmaz qiymətə hərraca çıxarılacaq


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv