Türkiyədə inflyasiya azalacaq: Rəcəb Tayyib Ərdoğan tarixi açıqladı

Türkiyədə inflyasiya azalacaq: Rəcəb Tayyib Ərdoğan tarixi açıqladı






presstv

"Presstv"az #Azərbaycan, #Haber Global, #Jurnalistlər, #Rəcəb Tayyib Ərdoğan, #təyyarə, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İlin əvvəlindən başlayaraq inflyasiyada əhəmiyyətli dərəcədə azalma müşahidə edəcəyik. İqtisadi proqramımız öz bəhrəsini verməyə başlayıb”.

presstvaz-ın “Haber Global”a istinadən xəbərinə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə toplantısında iştirak üçün getdiyi Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavab olaraq deyib.

Rəcəb Tayyib Ərdoğan verdiyi açıqlamalarda inflyasiya ilə mübarizədə qərarlılıq ifadə edib.

“Düzdür, periodik təsirlər səbəbindən sentyabr ayında inflyasiya göstəriciləri gözləntiləri üstələyib. Amma heç kim bu vəziyyəti Türkiyə iqtisadiyyatı ilə bağlı pessimist mənzərəyə çevirməsin. Çünki biz günü xilas edən deyil, gələcəyi inşa edən proqram həyata keçiririk. Proqramımızı qərarlılıqla və uğurla tətbiq etməyə davam edirik. Bundan əlavə, periodik dalğalanmalara deyil, bütün iqtisadi mənzərə üzərinə diqqətimizi yönəltmişik. İnflyasiya ilə mübarizə, şübhəsiz ki, asan deyil. Keçmişdə bu mübarizədə uğur qazanmışıq. Bu gün yenidən uğur əldə edə bilərik. Çünki bu sahədə təcrübəliyik. Bu işi bilirik və bunun öhdəsindən necə gələcəyimizlə bağlı çıxış yolu tapmaq üçün çalışırıq. Narahat olmayın, Türkiyə iqtisadiyyatı güclü təməllər üzərində yüksəlir”, – deyə Ərdoğan qeyd edib.

Türkiyədə inflyasiya azalacaq: Rəcəb Tayyib Ərdoğan tarixi açıqladı


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv