FHN-in keçmiş əməkdaşı generalın bir milyon manatını ələ keçirib

FHN-in keçmiş əməkdaşı generalın bir milyon manatını ələ keçirib






presstv

"Presstv"az #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı, kapitan Ayaz Bayramov 3 milyon manata yaxın dələduzluqda ittiham olunur.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, A.Bayramov bir müddət əvvəl hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

İstintaq materiallarında yazılıb ki, kapitan zərərçəkmişlərlə birgə ticarət fəaliyyəti ilə məşğul olub. Daha sonra yaranmış etibardan sui-istifadə edərək həmin şəxslərin ümumilikdə 3 milyon manata yaxın pulunu ələ keçirib.

Məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini general-mayor Raul Zeynalov da aldadılanlar sırasındadır. Ona təxminən 1 milyon manata yaxın ziyan dəydiyi bildirilir.

Zeynalovdan başqa, iş üzrə daha 8 nəfər də zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxs isə ittihamla razı deyil. Onun vəkili hesab edir ki, tərəflər birgə iş görüblər, sonda da bəzi haqq-hesablar düz gəlməyib. Yəni işdə cinayət tərkibi hesab oluna biləcək bir hal yoxdur.

Kapitana qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Dəymiş ziyan ödənilmədiyi halda, bu maddə ilə təqsirli bilinən şəxsi 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məlumat üçün bildirək ki, 39 yaşında general-mayor rütbəsinə layiq görülən R.Zeynalov hazırda heç bir dövlət qurumunda çalışmır, onun biznes fəaliyyəti ilə məşğul olduğu deyilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv