Bu gün və sabah Drakonid meteor yağışı müşahidə olunacaq

Bu gün və sabah Drakonid meteor yağışı müşahidə olunacaq






presstv

"Presstv"az #Bakı, #Bakı Dövlət Universitetini, #Günəş

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Oktyabrın 8-də və 9-da Drakonid meteor yağışı aktiv olacaq.

presstvaz xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Qeyd olunub ki, bu axının mənbəyi 21P/Cakobini-Zinner kometasıdır.

1900-cü ildə fransız astronom Mişel Cakobininin kəşf, 1913-cü ildə isə alman astronom Ernst Zinnerin yenidən müşahidə etdiyi bu kometa 6.6 illik periodla Günəş ətrafında dövr edir. Kometanın hər dövrəsində buraxdığı toz və qaz axını Yer orbitini kəsdiyi üçün biz onu meteor yağışı kimi müşahidə edirik.

Bu gün və sabah Drakonid meteor yağışı müşahidə olunacaq

Drakonidlər digər meteor yağışlarından fərqli olaraq çox yavaş hərəkət edir və səmada parlaq, uzunmüddətli işıq izləri buraxırlar. Adətən fəallığı zəif olur – saatda 5-ə yaxın meteor müşahidə edilir. Drakonid meteorlarının sürəti çox yavaş – təxminən 20 km/saatdır. Bu meteor tarix boyu bəzən sürpriz partlayışlarla yadda qalıb: məsələn, 1926, 1933, 1946 və 2011-ci illərdə müşahidəçilər saatda minlərlə meteor qeydə alıblar.

Bu il Drakonid meteor yağışının pik fəallığı 8-9 oktyabr axşamlarında, xüsusilə saat 19:30-23:00 arası gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv